Tağıyeva Könül Nadir qızı (27 iyun 1990-cı il) Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. Bülbül adına orta ixtisas Musiqi məktəbini 2008-ci ildə bitirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə keçirilən "Muğam 2007-2008" muğam müsabiqəsinin iştirakçısı olmuşdur və müsabiqədə 8-ci yeri tutmuşdur.

Hal-hazırda Azərbaycan Respublikası Milli Konservatoriyasının tələbəsidir.

"Xarı Bülbüllər" sənədli Televiziya filmində çəkilmişdir.

"Könül nəğmələrim" adlı disk-albomu işıq üzü görmüş və İranda və Azərbaycanda satılmışdır.

Bir çox mühüm dövlət tədbirlərinin iştirakçısı olmuşdur.