1957-ci ildə Naxçıvanda anadan olmuşdur. 1988-ci ildə Naxçıvan Pedaqoji İnstitutunu bitirmişdir. 1982-ci ildən 1995-ci ilədək pianoçu-bəstəkar Rafiq Babayevin rəhbərlik etdiyi studiyada işləmişdir. Bəstəkar-pianoçu Səyavuş Kərimi ilə Norveç layihəsində iştirak etmiş, Norveçdə «Skruk» xoru ilə azərbaycan xalq mahnılarından ibarət kompakt-disk yazdırmışdır. O, həm muğamat, təsnif, el mahnılarının, eləcə də dünya xalqlarının, müasir bəstəkarların əsərlərinin gözəl ifaçısıdır.

İncəsənət Mərkəzində səsyazma studiyasının rəhbəridir.