Esra Erol 1982-ci ildə 5 uşaqlı bir ailənin ortancıl qızı olaraq dünyaya gəldi. Atası polis olduğu üçün təyinat səbəbiylə, İbtidai məktəb və orta məktəbi Kütahyada oxudu. Universitet təhsilini bitirdikdən sonra spikerlik təhsili aldı. Evlilik proqramları ilə adını eşitdirdi.
İlk olaraq Flash TVdə "Desti İzdivaç" proqramını təqdim etdi. Qısa bir müddət sonra Star TV-yə transfer oldu. Burada adını yaxşıdan yaxşıya eşitdirməyə başladı. Kanaldan ayrıldıqdan sonra "Esra Erol'la Evlen Benimle" proqramıyla atv-yə keçdi. Ancaq burada da çox dayanmadı və rekord bir məbləğ qarşılığında Fox TV-yə keçid etdi.