1987-ci ildə İzmirdə dünyaya gələn Ezgi Asaroğlu İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Antropologiya Bölümü Sosial Antropologiya Fundamental elm sahəsi məzunudur. İlk çıxışını Bir Dilim Aşk dizisi ilə etdi. Müxtəlif reklam filmlərində və kino filmlərində iştirak etdi. Əsl uğurunu Leyla ilə Mecnun dizisi ilə əldə etdi və tamaşaçılar tərəfindən çox bəyənildi.