Pelin Öztekin karierasına lisey təhsilini tamamladıqdan sonra Hayat Bilgisi serialıyla başladı. Serialda "Demet" xarakteriylə bir çox prodüserin diqqətini çəkdi. 2006-ci ildə BKM Mutfak qrupuna daxil oldu. BKM Mutfak aktyor heyətiylə birlikdə ilk çıxışını 2008-ci ildə Çox Gözəl Hərəkət Bunlar adlı teatr proqramında etdi.

2012-ci ildə yarışma proqramı "Benzemez Kimse Sana" da yarışmacı olaraq iştirak etdi. Son olaraq 2013-ci ildə doksanlar serialında Neşe xarakterini canlandıran Pelin 155 kilodan 75 kiloya düşməsiylə çox danışıldı. Verdiyi kilolarla uzun bir aranın ardından yenidən ekranlarda görünən Pelin Öztekin, eyni zamanda məşhur sənətçi və teatr aktyoru Rasim Öztekinin qızıdır.