Cabir Abdullayev Ağdamda anadan olmuşdur

C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur.

Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir.

Hazırda Azərbaycan Dövlət «Muğam» Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.