Farah Zeynep Abdullah 1989-ci ilin avqust ayında İstanbulda dünyaya gəldi. Əslən İraqlı bir atanın qızı olan Zeynep, liseyə İstanbulda başladı və İngiltərədə bitirdi. Atasının peşəsi səbəbindən getdiyi İngiltərədə universitetə davam etdi və professional olaraq universitet illərində teatr oyunlarında iştirak etdi. Universitetinin ikinci ilində "Öyle Bir Geçer Zaman Ki" adlı serialdan təklif aldı və məktəb qeydini donduraraq serialda Aylin xarakterini canlandırdı.
2013-ci ildə təhsilini tamamlayaraq diplomuna qovuşdu. Eyni il Kıvanç Tatlıtuğun baş rol oynadığı "Kelebeğin Rüyası" adlı kino filmdə rol aldı. Bu illərdə məşhur komediyaçı Eser Yenenler ilə yaşadığı eşq maqazin gündəmlərinə uzun müddət düşmədi. Ardından 2014-ci ildə "Kurt Seyit və Şura" serialında baş rol oynadı. Star TV ekranlarında nümayiş olunan və reytinq rekordlarını alt-üst edən bu dizi sayəsində karierasının zirvəsinə çıxdı. Farah Zeynep Abdullah aktrisalıq ilə bərabər 2015-ci ildə "Barbie Şahzadə və Rockstar" adlı filmlər filmində Şahzadə Azra xarakterinin dublajını da etdi.