Gülben Ergen 25 Avqust 1972 tarixində İstanbulda dünyaya gəlmişdir. Ticarət Liseyindən məzun olduqdan sonra 1988-ci ildə "Biz Ayrılamayız" filmiylə karierasına  başladı.

Lakin əsl çıxışını 1990-ci ildə "Hanımın Çiftliği" adlı televiziya serialında etdi. Serialda Erol Taş, Fikrət Hakan kimi əhəmiyyətli adlarla birlikdə oynadı.

Musiqi karyerası 1994-ci ildə İbrahim Tatlısesin "Haydi Söyle" klipində iştirak etməsiylə başladı. Professional olaraq ilk albomu isə 1997-ci ildə çıxdı. 13 mahnıdan ibarət olan bu albomun adı "Merhaba" oldu. Hələ ilk albomu olmasına baxmayaraq 20.000'den çox satış etdi.

2008-ci ildə Okan Bayülgenin istehsalını boynuna götürdüyü "Gülben Ergen'le Sürpriz" adlı şou proqramıyla aparıcılıq karierasına başladı. Ancaq program gözlənilən nəticəni vermədi.

2010-ci ildə "Uşaqlar Gülsün Deyə" kampaniyasını başlatdı. Bu layihə çərçivəsində Somaya və 81 ilə uşaq bağçasına kömək etdi.