Məleykə Əlifağa qızı Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır:

  • Gültəkin ("Aydın", Cəfər Cabbarlı),
  • Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu),
  • Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə),
  • Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə),
  • Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).