F.İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 1963-ci ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub.
Uzun illər “Azkonsert”in, “Dan ulduzu” ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb.
Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.