12 İyul 1984-cü il dünyaya Bakıda göz açıb. Ailədə 5 uşaqdırlar, 4 bacı, 1 qardaş. Ailəli olub, 1 qızı var. Bütün yeməkləri sevir. Hobbisi şeir yazmaq, rəsm çəkməkdir. Buzovnada Əfqan Əliyev adına məktəbdə 9-cu sinifə qədər təhsil alıb. Sonra Turan litseyində 9-cu sinifdən oxuyub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rejissorluq fakultəsini bitirib. Sirli avrasiya, Yeni ulduz, Xalq ulduzu, Performans, Eldən-elə, Bank şou və Dəyişirəm verlişlərinin aparıcısı olub. 2013-2014-cü illərdə Pərdə verlişində redaktor kimi işləyib. Hal-hazırda APA TV-də "Səhər Zəngi" verlişinin aparıcısıdır.