Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. Afaq Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Afaq Bəşirqızı
Aktrisa
| Ad, Soyad | Afaq Bəşirqızı |
| Doğum tarixi | 1955-08-15 |
| Doğulduğu yer | Bakı |
| Vəzifə | Aktrisa |
| Yenilənmə tarixi | 1484251200 |
Fəaliyyət illəri
1973-cü ildən bu günə kimi
Filmoqrafiya
Bəşir Səfəroğlu (film, 1969)-Özü,
Evləri köndələn yar (film, 1982)-Darçınbəyim,
20+1 (film, 1986)(qısametrajlı bədii süjet-Mozalan № 105)-Tərbiyəçi,
Gözbağlıcı (film, 1986)-Aparıcı,
Yaşıl eynəkli adam (film, 1987)-Zəhra,
Bəxt üzüyü (film, 1991)-Söylü,
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)-Bağça müəlliməsi,
Bala-başa bəla! (film, 1995)-Suğra,
Yarımştat (film, 1996)-Ayka,
Yaşıl eynəkli adam-2 (film, 1999)-Zəhra,
Nekroloq (film, 2001)-Gülya,
Yaşıl eynəkli adam-3 (film, 2002)-Zəhra,
Dəvətnamə (film, 2003)-Arxiv kadrlarda iştirak edib,
Girov (film, 2005)-Satıcı qadın,
Qaynanamız (serial 2015)-Ağanaz,
Həddən artıq uyğunluq (film, 2016)
Evləri köndələn yar (film, 1982)-Darçınbəyim,
20+1 (film, 1986)(qısametrajlı bədii süjet-Mozalan № 105)-Tərbiyəçi,
Gözbağlıcı (film, 1986)-Aparıcı,
Yaşıl eynəkli adam (film, 1987)-Zəhra,
Bəxt üzüyü (film, 1991)-Söylü,
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)-Bağça müəlliməsi,
Bala-başa bəla! (film, 1995)-Suğra,
Yarımştat (film, 1996)-Ayka,
Yaşıl eynəkli adam-2 (film, 1999)-Zəhra,
Nekroloq (film, 2001)-Gülya,
Yaşıl eynəkli adam-3 (film, 2002)-Zəhra,
Dəvətnamə (film, 2003)-Arxiv kadrlarda iştirak edib,
Girov (film, 2005)-Satıcı qadın,
Qaynanamız (serial 2015)-Ağanaz,
Həddən artıq uyğunluq (film, 2016)
Mükafatları
Azərbaycanın Respublikasının Xalq Artisti (1993) Şöhrət ordenli (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu laureatı (2015).
Şəxsi Həyatı
Xalq Artisti Bəşir Səfəroğlunun qızıdır.
Top xəbərlər
Layihələr
Son xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Bu gün
·
13:26
İyulun 14-nün havası açıqlandı
Bu gün
·
13:00
Bu bürcləri xoş xəbərlər gözləyir
Bu gün
·
12:41
FIFA-dan mübahisəli epizod barədə açıqlama
Bu gün
·
12:18
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak etdi
Bu gün
·
12:16
Bakıda körpə 3-cü mərtəbədən yıxıldı
Bu gün
·
11:52
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28
DİN vətəndaşlara çağırış etdi
Bu gün
·
11:06
Milli Məclisin növbəti iclası başladı
Bu gün
·
11:03
IV kurs tələbəsi vəfat etdi
Bu gün
·
10:55
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
Bu gün
·
10:33
Ermənistana buğda göndəriləcək
Bu gün
·
10:24
Pensiyalar bu tarixdə ödəniləcək
Bu gün
·
10:05
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - Prezident
Bu gün
·
09:59