Fəaliyyət illəri
1997-günümüz
Mahnıları
1. Bu Gecə
2. De Kimə Bənzədi Bizim Sevgimiz
3. Rəvayət
4. Niyə Belə Oldu
5. Yollarına Güllər Düzüm (ft. Xəyyam)
6. Son Rəvayət
7. Cavanlıq Səhvi (duet Könül Kərimova)
8. Sevdi Ürək (duet Aygün Kazımova)
9. Məzəli Mahnı (duet Aygün Kazımova)
10. Sevir (duet Aygün Kazımova)
11. Yumuram Gözlərimi
12. Yenə Qış Gəldi
13. Yaşıyırsan
14. Xəbərin Yoxdu Sənin
15. Söz Vermişdin
16. Son Rəvayət II
17. Söhbət Edirdi
18. Şair Bilir
19. Səssiz Səmirsiz
20. Səni Xatırlar
21. Sənətçiyə Diqqət
22. Sənə Nə Eylədim
23. Rəvayət
24. Qısqanıram
25. Qəzəl
26. Qalasan Ağlaya-Ağlaya
27. Papanın Gül Balası
28. Öyrədə Bilsən
29. Ötən İllər
30. Ölürəm Yar
31. Nədir
32. Nədi Fikrin De Görüm
33. Nazın Məni Yandırır
34. Murad
35. Meyxana
36. Mənim Deyil
37. Məktəb
38. Kosa
39. Kasıb
40. İstədə Bilsəm
41. İki Cavanlar
42. Həsrətin Üzür Məni
43. Fəhlə Baba
44. Ehtiyacım
45. Dözmür Ürək
46. Dözmədi Qəlbim
47. Dini
48. Dedim Birdən
49. Çıxdın Getdin
50. Çəkirəm Əzab
51. Bu Məhəbbət
52. Bu Gözəl
53. Bu Gecə
54. Baş Əyirəm
55. And İçmişdik
56. Xəzər Lənkəran (ft. Xəyyam, Ələkbər Yasamallı, Fariz, Cəlil)
57. Onu Bağışlamaq Olarmı
58. Möcüzə
59. Vətən
60. Sən Mənim Nəfəsimsən
61. Getmək Üçün Gəlmisən
62. Bu Necə Taledir (Solo)
63. Olmur
64. İlk Və Son
65. Zəng Çalınanda
66. Ты Грустишь (ft. Aysel Əlizadə)
67. Məryəm
68. Zaman Ötür
69. Şəkərim
70. Soyuqdur
71. Onu Bağışlamaq Olarmı (ft. Sevil Sevinc)
Filmoqrafiya
Toy gecəsi (teleserial, 2013)
Müsabiqələr
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.
Şəxsi Həyatı
Rəsmi şəkildə 3 dəfə ailə həyatı qurub. Keçmiş həyat yoldaşı Solmaz Şükürova ilə evliliyində 2 oğlu dünyaya gəlib. Daha sonra müğənni 7 il Aygün Kazımova ilə vətəndaş nikahında olmuş və ayrılmışdı. 2015-ci ildə müğənni 3-cü dəfə ailə həyatı qurmuş və bu evlilikdən 2016-cı ildə qız övladı dünyaya gəlib. N.Qaraçuxurlu qızına Sara adını qoyub.
Namiq Qaraçuxurlu 8 noyabr 1982-ci ildə Qaraçuxur qəsəbəsində anadan olmuş, elə həmin qəsəbədə 104 nömrəli orta məktəbi bitirmişdir.
İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.
2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.
Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.