Qızdırıcı və kondensləşdirmə avadanlığı
Sumqayit texnologiyalar parki
H. Z. Tağıyev qəs., Sumqayıt, AZ5022
Şirkət haqqında məlumat
- Fəaliyyət növləri
- Tikinti avadanlığı, Sənaye, Sənaye, Xüsusi avadanlıq
- İxtisas sahələri
- Qızdırıcı və kondensləşdirmə avadanlığı, Metal konstruksiyaları, Zavodlar və fabriklər, Soyuducu avadanlıq
- Telefon
- (99450) 258-11-11
- Ünvan
- H. Z. Tağıyev qəs., Sumqayıt, AZ5022
- Qısa məlumat
- Sumqayıt Texnologiyalar Parkının (STP) birinci mərhələsi 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır. Parkın ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadrat metrdir. Sumqayıt texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Sumqayıt Texnologiyalar Parkı: 1) Alternativ enerji mənbələrindən istifadə etməyə imkan yaradan avadanlıqlar; 2) Külək və alçaq gücə malik su elektrik stansiyalarının avadanlıqları; 3) İri çaplı plastik, yüksək təzyiqə davamlı metal-plastik borular; 4) Arqon, oksigen, azot və digər texniki qazlar; 5) İrihəcmli metal konstruksiyaları qaynar üsulla sinkləmə; 6) Günəş enerjisindən istifadə məqsədi ilə istifadə edilən qurğular; 7) Müxtəlif çeşidli plastik kütlə, izolyasiyalı, müasir, alçaq, orta, yüksək və ifrat yüksək elektrik güc kabelləri (MDB və Yaxın Şərqdə analoqu olmayan 500 kV-luq mis və alüminium damarlı, korroziyaya davamlı sualtı qurğuşun qabıqlı, yeraltı polad alüminium zirehli və s.); 8) Çılpaq və plastik kütlə izolyasiyalı elektrik hava xətləri naqilləri və müasir güc transformatorları istehsal etməyə imkan verən zavodlara malikdir. Zavod ölkədə analoqu olmayan, regionda ən iri və yüksək texnologiyalı müəssisələrdən biridir. Müəssisədə istehsal edilən borular Azərbaycan Respublikası Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS Milli Sertifikatlaşdırma Sistemi üzrə Uyğunluq Sertifikatına malikdir. Hal-hazırda STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində fəaliyyət göstərən zavodlar aşağıdakılardır: 1) Kabel zavodu; 2) Kabel zavodunun mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexi; 3) Alüminium və mis profillərinin istehsalı zavodu; 4) Ağır maşınqayırma zavodu; 5) Ağır maşınqayırma zavodunun mexaniki təmir sexi; 6) Qaynar sinkləmə zavodu; 7) Dəqiq emal mərkəzləri zavodu; 8) Texniki qazlar istehsalı zavodu; 9) Metal əritmə zavodu; 10) Elektron cihazlar zavodu; 11) Günəş kollektoru sexi; 12) Yüksək gərginlikli elektrik avadanlıqları zavodu; 13) Toz boya sexi. 2011-ci il ərzində bir neçə zavodun, o cümlədən də, Maye karbon qazı emalı zavodu, Külək enerjisi qurğusunun dayaq və energitika sisteminin hazırlanmasını həyata keçirən zavodun açılması gözlənilir. Gələcəkdə zavodların sayının 30-a çatdırılması nəzərdə tutulur.
- E-poçt
- sales@stp.az
- Veb sayt
- http://www.stp.az
Xəritədə
Top xəbərlər
Layihələr
Son xəbərlər
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47
Prezidentin sosial media hesablarında paylaşım edildi
Bu gün
·
14:44
Azərbaycan qeyri-neft-qaz ixracını artırıb
Bu gün
·
14:26
Ulduz futbolçu "Barselona"dan ayrılmaq istəyir
Bu gün
·
14:17
Sabah çimərliklərdə hava necə olacaq?
Bu gün
·
14:01
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Bu gün
·
13:26
İyulun 14-nün havası açıqlandı
Bu gün
·
13:00
Bu bürcləri xoş xəbərlər gözləyir
Bu gün
·
12:41
FIFA-dan mübahisəli epizod barədə açıqlama
Bu gün
·
12:18
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak etdi
Bu gün
·
12:16
Bakıda körpə 3-cü mərtəbədən yıxıldı
Bu gün
·
11:52
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28