Ölkə

Yanğın törədən şəxs saxlanıldı

Metbuat.az

Ucar rayonunda bilərəkdən yanğın törədən şəxs müəyyən edilərək barəsində hüquqi tədbirlər görülüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Bağırbəyli kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb.

Nəticədə hadisənin kənd sakini T.Zülfüqarov tərəfindən qəsdən törədildiyi üzə çıxıb.

Baş vermiş yanğın nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanaraq külə dönüb.

Faktla bağlı əməli törədən şəxs barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri yerinə yetirilib.