İdman
“Trabzonspor”dan Salah üçün rekord maaş təklifi
“Trabzonspor” Məhəmməd Salah transferi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Trabzonspor”, “Beşiktaş”ın da maraq göstərdiyi misirli ulduzla bağlı danışıqlara başladığı bildirilir. Jurnalist Yağız Sabunçuoğlunun məlumatına görə, “Trabzonspor” Salahın nümayəndəsi ilə görüşərək rəsmi təklif təqdim edib. Klubun 33 yaşlı futbolçuya illik 17 milyon avro olmaqla ikiillik müqavilə təklif etdiyi qeyd olunur. Məlumata görə, müqavilə layihəsi Salahın nümayəndəsinə göndərilib və tərəflər təklifi nəzərdən keçirirlər.
Salahın nümayəndəsinin forma satışlarından 20-25 faiz pay tələb etdiyi bildirilir. “Trabzonspor”un bu tələbi qəbul etməyə hazır olduğu və danışıqların davam etdiyi vurğulanır.