İqtisadiyyat

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

Metbuat.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 7 ay ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox olub.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manatdan çox olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manatı ötüb.