Qarabağ

Sızma baş verən kanalda təmir yekunlaşdı -

VİDEO

Metbuat.az

Xəbər verdiyimiz kimi, Göyçayda bir neçə gün öncə rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissəsində yerləşən Yuxarı Şirvan Suvarma kanalının sızması nəticəsində sakinlərin su təminatında müvəqqəti çətinliklər yaranmışdı.

Artıq sızma baş verən ərazidə təmir-bərpa işləri tam olaraq yekunlaşıb.

Bu barədə Şirvan Suvarma kanalının istismarı idarəsinin baş mühəndisi Rəsulov Şəhruz Metbuat.az-a açıqlamasında bildirib.

Qeyd olunub ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub.

Daha ətraflı videoda: