Hadisə

Şirvan kanalı yarıldı, bu kəndi su basdı -

VİDEO

Metbuat.az

Xəbər verdiyimiz kimi, Göyçayda Yuxarı Şirvan Suvarma kanalının rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissəsində partlayış baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində rayonun Mallı-Şıxlı kəndini su basıb. Kənd sakinlərinin sözlərinə görə, subasma səbəbilə onların əkin sahələri həmçinin ağaclar su altında qalıb. Nəticədə kənd sakinlərinə ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Qəzanın aradan qaldırılması və kəndə su axınının dayandırılması istiqamətində operativ tədbirlər görülür. Subasmanın fəsadları aradan qaldırılır.