Salah Türkiyə klubuna milyonlar qazandırır
Türkiyənin "Trabzonspor" klubunun yeni transferi Məhəmməd Salah qonşu ölkədə ən çox müzakirə olunan futbolçuya çevrilib. Təkcə Türkiyə deyil, dünya mediası da bu transferə geniş yer ayırıb.
Metbuat.az xəbər verir ki, Salahın gəlişi "Trabzonspor"a milyonlar qazandırıb. Klubdan verilən açıqlamada deyilir ki, üzərində misirli futbolçunun şəkli olan formaların satışı yüksək səviyyədə həyata keçirilir. Forma satışından bu günə kimi 12 milyon avro gəlir əldə edildiyi bildirilir. "Trabzonspor" bu rəqəmi ən azı 20 milyon avroya çatdırmağı hədəfləyir.
Məhəmməd Salahın gəlişı ilə reklam gəlirlərinin isə ən azı iki dəfə yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Türkiyə klubu 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb. Salahın illik masşı 17 milyon avrodur.