"Sabah" tarixində ilk dəfə pley-offa yüksəldi -
ÇL
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.
Metbuat.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.
Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.
"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.
Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
***
21:51
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında dördüncü qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 4:0.
89-cu dəqiqədə Xander Severina fərqlənib.
***
21:39
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında üçüncü qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.
78-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
21:27
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
67-ci dəqiqədə Stiv Solvet başla dəqiq oynayıb.
***
21:20
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında birinci qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesabı açıblar - 1:0.
58-ci dəqiqədə Velko Simiç fərqlənib.
***
21:05
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.
Metbuat.az-ın məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.