İdman

"Real" rekord məbləğə aldığı futbolçunu klubdan göndərdi

Metbuat.az

"Real Madrid"in argentinalı yarımmüdafiəçisi Franko Mastantuono karyerasını İtaliyada davam etdirəcək.

Metbuat.az xəbər verir ki, 18 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Fiorentina"ya qoşulub. Madrid klubunun məlumatına görə, tərəflər arasında razılaşma 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, Franko Mastantuono 2025-ci ildə "River Pleyt"dən "Real Madrid"ə 63,2 milyon avroya transfer edilmişdi. Bu məbləğ onu Argentina futbolu tarixinin ən bahalı transferinə çevirib.