Ölkə

Ravil Tağıyev vəzifəsindən azad edildi

Metbuat.az

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.