“Qalatasaray” ulduz futbolçunu əldən verir
“Qalatasaray” “Porto”nun gənc ulduzu Rodriqo Mora transferində “Roma” ilə rəqabətdə geri düşüb.
Metbuat.az xəbər verir ki, baş məşqçi Okan Buruk “Porto”nun 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Rodriqo Moranın transferində xüsusilə maraqlıdır. Tərəflərin futbolçunun icarəyə verilməsi ilə bağlı razılığa yaxın olduğu bildirilsə də, “Roma”nın prosesə müdaxiləsi vəziyyəti dəyişib. “A Bola”nın məlumatına görə, İtaliya klubu Mora üçün “Porto”ya 25 milyon avro təklif edib. Lakin Portuqaliya təmsilçisi bu məbləği kifayət hesab etməyərək təklifi rədd edib.
“Roma”nın gənc futbolçu üçün yeni təklif göndərəcəyi gözlənilir. İtaliya mətbuatında yer alan xəbərlərə əsasən, paytaxt klubu Mora transferində “Qalatasaray”ı qabaqlayıb. Buna baxmayaraq, “Qalatasaray”ın “Porto”ya təxminən 15 milyon avro icarə haqqı və 40 milyon avro məbləğində satınalma şərti ilə təklif irəli sürüb.