İdman

"Qalatasaray" prezidentinin istefası tələb olundu

Metbuat.az

İstanbulun "Qalatasaray" klubunda azarkeşlərlə rəhbərlik arasındakı gərginlik səngimək bilmir. Ötən gecə İspaniyanın "Villarreal" komandası ilə keçirilən yoldaşlıq görüşündən sonra narazılıq özünün pik nöqtəsinə çatıb.

Metbuat.az xəbər verir ki, rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra azarkeşlər "Qalatasaray" prezidenti Dursun Özbekin və baş məşqçi Orkan Burukun istefasını tələb ediblər.

Sarı-qırmızılı tərəfdarların fikrincə, klub rəhbərliyinin bacarıqsızlığı üžündən yay transfer pəncərəsi dövründə heç bir ulduz futbolçu heyətə cəlb olunmayıb. Buna görə də komanda yeni mövsüm öncəsi uğursuzluq zolağından çıxa bilmir.

Qeyd edək ki, əzəli rəqiblər "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"un heyətini dünya ulduzları ilə gücləndirməsi "Qalatasaray" azərkeşlərinin qəzəbini daha da artırıb.