İdman

"Qalatasaray" bu futbolçunu transfer etmək istəyir

Metbuat.az

"Qalatasaray" "Lokomotiv Moskva"nın yarımmüdafiəçisi Aleksey Batrakovun transferi üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun mümkün transferini müzakirə etmək üçün Rusiyaya yollanacaq. "Türkiye Gazetesi"nin məlumatına görə, Dursun Özbek rəhbərliyi "Vilyarreal"a qarşı keçiriləcək yoldaşlıq oyununa qədər azı bir transferi rəsmən açıqlamağı planlaşdırır. Xəbərdə qeyd olunur ki, "Qalatasaray"ın gündəmində yalnız Batrakov yoxdur. Klubun "Ayntraxt Frankfurt"un futbolçusu Can Uzunun transferi istiqamətində də çalışmalarını davam etdirdiyi bildirilir.

Məlumata görə, İstanbul təmsilçisi əcnəbi futbolçu limiti ilə bağlı vəziyyəti nəzərə alaraq Can Uzun transferi üçün son ana qədər gözləməyi planlaşdırır.