Hadisə
Paytaxtda makler ofisində ölü tapıldı
Bakıda maklerin meyiti tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Q.Qarayev prospekti 23-də qeydə alınıb.
Həmin ünvanda fəaliyyət göstərən ev alqı-satqısı ofisində işləyən, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.