İdman

İngilislər və fransızlar istədi, "Fənərbağça" satmadı

Metbuat.az

İstanbulun "Fənərbağça" klubu ulduz futbolçusu İsmail Yükseklə bağlı qərarını açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, rəhbərlik milli futbolçunun xarici klublara keçidinə "qırmızı işıq" yandırıb. Məlumata görə, buna səbəb baş məşqçi İsmail Kartalın yarımmüdafiəçinin xidmətində maraqlı olmasıdır.

Qeyd edək ki, İsmail Yüksek uzun müddətdir İngiltərə və Fransa klublarının maraq dairəsindədir. Futbolçu özü də Avropada oynamağa həvəs göstərir.

İsmail Yüksekin bazar dəyəri 15 milyon avrodur.