İdman
“Fənərbaxça” Lukaku transferini yekunlaşdırdı
“Fənərbaxça” belçikalı hücumçu Romelu Lukakunun transferi ilə bağlı “Napoli” ilə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı forvard üçün İtaliya klubuna rəsmi təklif göndərib. İtaliyalı jurnalist Alfredo Pedullanın məlumatına görə, tərəflər Lukakunun transferi üçün 7 milyon avro məbləğində razılığa gəliblər. Fabrizio Romano və Canluka Di Marzionun da məlumatına əsasən, sövdələşmə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “Fənərbaxça”nın daha əvvəl Romelu Lukaku ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəldiyi açıqlanmışdı. Tərəflər arasında illik 10 milyon avro maaşla bağlı anlaşmanın əldə olunduğu qeyd edilir.