İdman

“Fənərbağça”nın ulduzuna sürpriz təklif -

İspaniyaya gedir

Metbuat.az

Türkiyənin “Fənərbağça” klubunda əcnəbi futbolçu limiti ilə bağlı heyətdə aparılan dəyişikliklər fonunda yeni transfer iddiası gündəmə gəlib. İstanbul təmsilçisindən ayrılması gözlənilən futbolçular arasında Sofyan Amrabat, Dominik Livakoviç və Rodriqo Bekao ön planda göstərilsə də, bu dəfə diqqət mərkəzinə Antoni Musaba düşüb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsümün qış transfer dönəmində 6 milyon avro məbləğində sərbəstqalma bəndi ödənilərək komandaya cəlb olunan niderlandlı vingerə İspaniya La Liqasından ciddi maraq var. Bildirilir ki, məşhur “Depertivo” klubu yaxın günlərdə futbolçunun transferi üçün “Fənərbağça”ya rəsmi təklif göndərməyə hazırlaşır.

Antoni Musaba ötən mövsümün ikinci yarısında “Fənərbağça”nın heyətində 24 rəsmi oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub, 6 məhsuldar ötürmə ilə komandasının uğurlarına töhfə verib.

Əcnəbi futbolçu limitinə görə heyətdə yer açmağa çalışan “Fənərbağça” rəhbərliyinin sərfəli maliyyə təklifi müqabilində Musabanın transferinə razılıq verə biləcəyi bildirilir. Yaxın günlərdə bu transferlə bağlı daha konkret addımların atılması gözlənilir.