İdman
Əziz Yıldırımın söz verdiyi hücumçunun kimliyi bilindi
“Fənərbaxça”nın hücumçu transferində hədəfi bəlli olub.
Metbuat.az xəbər verir ki, İstanbul klubunun qvineyalı forvard Serhou Girassini heyətinə qatmaq üçün “Borussiya Dortmund”la danışıqları davam etdirdiyi bildirilir. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Fənərbaxça” prezidenti Əziz Yıldırımın klubun Ali Şurasının iclasında “Bir hücumçu ilə müqavilə imzalayacağıq” sözləri ilə işarə etdiyi futbolçunun məhz Girassi olduğu qeyd edilir. Məlumatda deyilir ki, klub rəhbərliyi 30 yaşlı futbolçunun transfer haqqının 30 milyon avrodan aşağı düşməsini gözləyir.
Qeyd edək ki, Serhou Girassi ötən mövsüm “Borussiya Dortmund”un heyətində 46 rəsmi oyuna çıxıb, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.