"Barselona" "Real"ın planlarını pozdu
"Barselona" Rodri transferi uğrunda "Real Madrid"ə rəqib olub.
Metbuat.az xəbər verir ki, "Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi üçün rəsmi addım atıb. Bununla da İspaniya nəhəngi futbolçu uğrunda mübarizədə "Real Madrid"ə rəqib olub. İnsayderi Fabrizio Romanonun məlumatına görə, Kataloniya təmsilçisi mümkün keçidlə bağlı Rodrinin agenti və "Mançester Siti" ilə əlaqə yaradıb. Xəbərdə bildirilir ki, "Real Madrid" bir neçə həftədir İngiltərə klubu ilə danışıqlar aparır. Lakin "Mançester Siti"nin futbolçunun gələcəyi ilə bağlı yekun qərarı tələsmədən vermək istədiyi qeyd olunur.
Məlumata görə, Hazırda həm "Real Madrid", həm də "Barselona" Rodrini heyətinə qatmağa çalışır. Son qərarın isə ispan yarımmüdafiəçinin mövqeyindən sonra veriləcəyi bildirilir.