İdman
“Barselona” istədi, “Beşiktaş” alır
“Beşiktaş” Darvin Nunezin transferi üçün “Əl-Hilal”la danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi uruqvaylı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Əl-Hilal” “Beşiktaş”a Nunez və onun agenti ilə danışıqlar aparmağa icazə verib. Tərəflər arasında görüşlərdə əhəmiyyətli irəliləyiş əldə olunduğu bildirilir.
Qeyd edək ki, Nunez ötən mövsümün əvvəlində 53 milyon avro qarşılığında “Liverpul”dan “Əl-Hilal”a keçib. Futbolçu ilə “Barselona”nın da maraqlandığı iddia edilir.