İqtisadiyyat

Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi azalıb

Metbuat.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Özbəkistan ilə ticarət dövriyyəsi 175,6 milyon dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, illik müqayisədə 27% azdır.

Bu dövrdə ölkədən Özbəkistana ixrac 73,2 milyon dollar təşkil edib. Azərbaycanın Özbəkistandan idxalının dəyəri isə 102,3 milyon dollar olub.