Hadisə
Ağsuda “Audi Q7” qəfildən alışıb yandı -
FOTO
Ağsuda “Audi” markalı minik avtomobili yanıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə rayonun Dilman kəndi ərazisində baş verib.
Yanğın yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı Rəhmanov Vaqif Əliyar oğluna məxsus “Audi Q7” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.
Alov söndürülüb.