İdman

Acun “Qalatasaray”ın planını pozdu

Metbuat.az

“Hall Siti” “Benfika”nın 22 yaşlı xorvat hücumçusu Franjo İvanoviçi transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu İngiltərə klubu futbolçunun keçidi üçün danışıqları intensivləşdirib. “O Jogo”nun məlumatına görə, tərəflər transferlə bağlı razılaşmaq üzrədir. İvanoviçin “Hall Siti”yə satınalma məcburiyyəti ilə icarə əsasında keçəcəyi irəli sürülür. Transferin ümumi dəyərinin təxminən 25 milyon avro olacağı bildirilir. Portuqaliya mətbuatının məlumatına görə, “Qalatasaray”, “Real Betis” və “Komo” da xorvat hücumçu ilə maraqlanır. Lakin “Benfika”nın “Hall Siti”nin təklifini daha sərfəli hesab etdiyi qeyd olunur.

Qeyd edək ki, Franjo İvanoviç ötən mövsüm “Benfika”nın heyətində 43 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.