İdman

Yeni mövsümün açılışını "Qalatasaray" edəcək

Metbuat.az

Türkiyə Trendyol Super Liqasında 2026/27 mövsümü 14 avqust 2026-cı il tarixində start götürəcək. Mövsüm 23 may 2027-ci ildə başa çatacaq.

Metbuat.az xəbər verir ki, yeni mövsümün açılış matçı İstanbulda baş tutacaq. Həmin gün çempion "Qalatasaray" doğma meydanda Super Liqanın yeni komandalarından olan "Çorumspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Yeni mövsümün ilk turunda "Fənərbağça" Ankarada "Gənclərbirliyi"nin qonağı olacaq. "Beşiktaş" isə öz meydanında "Eyüpspor"u qəbul edəcək.