İdman

Ulduz futbolçu “Qalatasaray”dan gedir -

FOTO

Metbuat.az

Yeni mövsüm öncəsi transfer hazırlıqlarını davam etdirən “Göztepe” heyətini təcrübəli qapıçı ilə gücləndirməyə hazırlaşır. İzmir təmsilçisinin əsas hədəfi isə “Qalatasaray”ın ulduzu Günay Güvençdir.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi əcnəbi oyunçu limitindən daha çox hücum və yarımmüdafiə xəttində yararlanmağı planlaşdırdığı üçün qapı mövqeyinə Super Liqa təcrübəsi olan yerli futbolçu transfer etmək qərarına gəlib. Bu məqsədlə vaxtilə “Göztepe”nin də formasını geyinmiş 35 yaşlı Günay Güvençlə danışıqlara başlanılıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, tərəflər arasında aparılan görüşlərdə ciddi irəliləyiş əldə olunub və razılaşma son mərhələyə çatıb. Klubun məşqçilər heyətinin də təcrübəli qapıçının transferinə müsbət yanaşdığı bildirilir. Buna səbəb Günay Güvençin həm “Göztepe”ni yaxşı tanıması, həm də Super Liqadakı zəngin təcrübəsidir.

Hazırda transferin rəsmiləşdirilməsi üçün son detallar müzakirə olunur. Hər hansı gözlənilməz dəyişiklik baş verməzsə, Günay Güvençin yaxın günlərdə “Göztepe” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.