İdman
Ulduz futbolçu "Qalatasaray"dan gedir
İstanbulun "Qalatasaray" klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin "Fanatik" qəzeti çıxış edib. Yerli mətbuatın yazdığına görə, braziliyalı ulduz Qabriel Sara tezliklə sarı-qırmızılı komandanı tərk edəcək.
Türkiyə KİV-i təcrübəli futbolçunun yeni ünvanını da açıqlayıb. "Fanatik" Saranın menecerinin Səudiyyə Ərəbistanının klublarından biri ilə razilığa gəldiyini yazıb.
Məlumatda "Qalatasaray" rəhbərliyinin bu keçidə isti yanasdığı vurğulanib. İstanbul klubunun 35 milyon avro transfer haqqı müqabilində Saranın keçidinə razılıq verəcəyi açıqlanıb.