Ulduz futbolçu “Fənərbaxça”dan ayrılır
“Fənərbaxça”nın futbolçusu Fred komandadan ayrılmaq üzrədir.
Metbuat.az xəbər verir ki, “Atletiko Mineyro” braziliyalı yarımmüdafiəçiFredin transferindən əl çəkməyib. Braziliya mətbuatının məlumatına görə, baş məşqçi İsmail Kartalın futbolçunun komandada qalmasını istəməsinə baxmayaraq, tərəflər arasında ayrılıqla bağlı danışıqlar aparılır. Fredin nümayəndəsinin müqavilənin ləğvi ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəldiyi bildirilir. Transferin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qornik Zabrze” ilə cavab oyunundan sonra rəsmiləşəcəyi gözlənilir. İddiaya görə, Fred matçdan sonra Braziliyaya yollanaraq “Atletiko Mineyro” ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Fred 2023-cü ildən “Fənərbaxça”da çıxış edir. Fred İstanbul klubunun heyətində keçirdiyi 126 matçda 12 qol vurub və 21 məhsuldar ötürmə edib.