Region

Türkiyədə evlər neçəyədir? -

Son rəqəmlər

Metbuat.az

Türkiyə Mərkəzi Bankının son hesabatına görə, ölkənin mənzil bazarında bahalaşma davam edir. İyun ayında qiymətlər 1,97 faiz artaraq ilin pik həddinə çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyə üzrə 100 kvadratmetrlik standart evin orta dəyəri 5,18 milyon lirəyə (təxminən 187 min manat) yüksəlib. Meqapolislərdə isə qiymətlər daha yüksəkdir. Məsələn, İstanbulda bu məbləğ 8,73 milyon lirə (təxminən 314,5 min manat) civarındadır. İzmirdə isə 100 kvadratmetrlik standart evin orta dəyəri 5,64 milyon lirə (təxminən 203,5 min manat) həddindədir. İstanbul və İzmirlə müqayisədə Anakra nisbətən ucuzdur. Paytaxtda bu rəqəm 4,72 milyon lirə (təxminən 170,3 min manat) təşkil edir.

İstanbul və İzmirin prestijli ərazilərində geniş mənzillərin qiyməti hətta 700-800 min manata çatır.

Anadolunun Yozqat, Kırıkkale, Çankırı, Kayseri kimi nisbətən kiçik şəhərlərində 130-150 min manata da ev almaq mümkündür.