Dünya

Trampdan İranla bağlı əmr

Metbuat.az

“Axios” şənbə günü qərarla tanış mənbələrə istinadla xəbər verib ki, Prezident Donald Tramp cümə günü ABŞ ordusuna İrana yeni zərbələr endirməməyi tapşırıb və bununla da iki həftəyə yaxın davam edən gündəlik hücumlara son qoyulub.

Metbuat.az portalın məlumatına istinadla xəbər verir ki, Tramp İrana əvvəlki 13 gün ərzində gündəlik zərbələrdən sonra cümə günü yeni planı təsdiqləməkdən imtina edib. Fasilənin müvəqqəti xarakter daşıdığı, yaxud daha geniş dəyişiklik olduğu hələ də məlum deyil.

Məlumata görə, qərar Trampın diplomatiyaya daha çox yer ayırmaq istədiyini və ABŞ zərbələrinin hazırkı səviyyəsinin böyük döyüşlərə keçmədən praktiki həddə çatdığına inandığını göstərir. Qeyd olunur ki, Amerika ordusu mümkün eskalasiyaya hazırlıqları davam etdirsə də, Tramp belə bir addım atmağı əmr etməyib.