Dünya

Tramp Si Cinpinlə nəyi müzakirə edəcək?

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp sentyabrın 24-də Vaşinqtona səfər edəcək Çin Prezidenti Si Cinpinlə süni intellekt sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, Trampın sözlərinə görə, bu mövzu onların bu ilin əvvəlində Pekində keçirdikləri görüşdə də gündəmdə olub və Ağ Evdə keçiriləcək görüşdə yenidən müzakirə olunacaq.

Si Cinpinin ABŞ səfəri Trampın Çinə son səfərindən sonra baş tutur. Həmin səfər zamanı ABŞ Prezidenti çinli həmkarını Ağ Evə dəvət etmişdi.

Bu arada, ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ arasında keçirilən telefon danışığında tərəflər Si Cinpinin səfərinin uğurlu keçməsi üçün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.