Dünya
Tarixi razılaşma əldə edildi -
Tramp
ABŞ Prezidenti Donald Tramp Qəzzada HƏMAS-ın tərksilahı ilə bağlı tarixi razılaşma əldə edildiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib. O bildirib ki, Sülh Komitəsi HƏMAS və Qəzzadakı digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı razılığa gəlib. Trampın sözlərinə görə, tərksilah prosesi başa çatdıqca İsrail qüvvələri Qəzzadan geri çəkiləcək. Daha sonra Beynəlxalq Sabitləşdirmə Qüvvələri yeni Fələstin polisi ilə birlikdə bölgədə təhlükəsizliyi təmin edəcək.
ABŞ Prezidenti prosesdə vasitəçilik roluna görə Türkiyə, Qətər və Misirə təşəkkür edib.