Hadisə
Şəmkirdə azyaşlı qızın öldürülməsi ilə bağlı yeni təfərrüatlar
Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 2014-cü il təvəllüdlü Əsna Namazova ağır vəziyyətdə Şəmkir Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub 12 yaşlı Əsna Namazovanı bacısı 16 yaşlı Səma Rəhimova aralarında baş verən mübahisə zamanı bıçaqlayaq qətlə yetirib.
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı Səma Rəhimova saxlanılıb.Mərhumun babası hadisənin şokunda olduğunu bildirib.