Maraqlı

Səhər yeməyində ən çox edilən səhv

Metbuat.az

Səhər yeməyinin ən populyar qida kombinasiyalarından biri olan pomidor və pendirin birlikdə istehlakı ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər.

Metbuat.az xəbər verir ki, tez-tez eyni boşqabda təqdim olunan bu iki məhsul bəzi insanlarda həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bildirilir ki, yüksək turşuluğa malik pomidorla zülal və yağla zəngin pendir mədədə fərqli həzm şəraiti tələb edir. Pomidorun turş mühiti pendirin tərkibindəki zülalların həzmini ləngidə, bunun nəticəsində isə qidaların mədədə daha uzun müddət qalmasına səbəb ola bilər. Bu da köp, qaz, qıcqırma, ağırlıq hissi və digər həzm narahatlıqlarının yaranma riskini artırır.

Mütəxəssislər qeyd edirlər ki, pomidorun tərkibindəki bəzi üzvi turşular pendirdə olan kalsiumun sorulmasını da müəyyən qədər zəiflədir. Xüsusilə reflüks, qastrit və ya həssas mədə problemi yaşayan şəxslərə bu iki qidanı eyni vaxtda deyil, müəyyən zaman fasiləsi ilə qəbul etmək tövsiyə olunur.

Bununla belə, sağlam insanlarda pomidor və pendirin birlikdə qəbulunun ciddi fəsad yaratdığına dair qəti elmi fikir yoxdur. Həzm sistemi həssas olan şəxslər isə orqanizmlərinin reaksiyasını nəzərə alaraq qidalanma vərdişlərini tənzimləməlidirlər.