İdman

"Real"ın Arda ilə bağlı planı bilindi -

100 milyonluq transfer

Metbuat.az

"Real Madrid"in heyətini yeni hücumçu ilə gücləndirmək planı Arda Gülərin gələcəyini sual altına alıb.

Metbuat.az xəbər verir ki, ispaniyalı jurnalist İnaki Anqulonun iddiasına görə, Madrid təmsilçisi Diomande transferini reallaşdıracağı təqdirdə komandadan ayrılacaq ilk futbolçular Arda Gülər və Endrik ola bilər. Jurnalist bildirib ki, klub 100 milyon avrodan çox vəsait xərcləyəcəyi futbolçunu ehtiyat oyunçular skamyasında saxlaya bilməz. Onun sözlərinə görə, bu halda Arda Gülər və Endrikin oyun şansı xeyli azalacaq. İddia edilir ki, "Real Madrid" rəhbərliyi belə ssenaridə gənc futbolçulardan birini satmaq və ya icarəyə göndərmək variantını nəzərdən keçirə bilər.