Region

Qonşu ölkədə 50 dərəcə isti olacaq

Metbuat.az

Afrikadan gələn isti hava dalğası növbəti 4 gün ərzində Türkiyənin bütün ərazisində təsirini göstərəcək.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna əsasən, temperatur İstanbulda 33, Egey və Aralıq dənizi bölgələrində isə 45 dərəcəyədək yüksələcək. Yüksək rütubətin təsiri ilə hiss olunan temperaturun bəzi ərazilərdə 50 dərəcəyə çatacağı gözlənilir.

Mütəxəssislər xüsusilə saat 11:00–16:00 aralığında açıq havada uzun müddət qalmamağı, günəş şüalarından qorunmağı və zəruri hallardan başqa çölə çıxmamağı tövsiyə edirlər.