İdman

“Qolların hamısı səhvlər nəticəsində oldu”

Metbuat.az

“Bu qolların hamısı səhvlər nəticəsində oldu”.

Metbuat.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Hansısa komanda 15-20 dəqiqə ərzində rəqib üzərində üstünlük qurur, iki qol vurursa, amma sonradan hər şey dəyişirsə, deməli, rəqibə öz məqsədinə çatması üçün şərait yaratmısan. Biz fasiləyə 2:1 hesablı üstünlüklə yollanmışdıq. Buraxdığımız qolların hamısı öz səhvlərimiz nəticəsində oldu. Ötürmələrimiz dəqiq alınmadı və digər səhvlər etdik. Oyunun sonunda isə 2-3 qol epizodumuz oldu, amma dəyərləndirə bilmədik. Futbolda belədir: sən vura bilmirsənsə, bunun mütləq cavabını alırsan. Ona görə də bu oyunu ətraflı təhlil etməliyik ki, eyni səhvləri bir daha təkrarlamayaq”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Dinamo Minsk” klubuna 2:4 hesabı ilə məğlub olub.

Sevinc İbrahimzadə / Metbuat.az