İdman

"Qalatasaray"ın istədiyi futbolçu qərarını verdi

Metbuat.az

"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenin karyerası ilə bağlı qərarını rəsmiləşdirib.

Metbuat.az xəbər verir ki, klubun yaydığı açıqlamaya əsasən, futbolçu ilə yeni müqavilə imzalanıb. Tərəflər arasındakı razılaşmaya görə, 26 yaşlı futbolçu 2030-cu ilin iyun ayınadək "şəhərlilər"in formasını geyinməyə davam edəcək.

Qeyd edək ki, Fil Foden 2017-ci ildən əsas komandada çıxış edir. Son vaxtlar onun adı Türkiyə nəhəngi "Qalatasaray"la yanaşı hallansa da, yeni müqavilə bu iddialara son qoyub.